Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.
Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə “Sabah”ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
***
19:40
“Sabah” hesabı 3:3 edir. Davit Volkov 70-ci dəqiqədə fərqlənir.
***
19:27
“Beşiktaş” 3-cü qolu vurdu. 62-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənir.
***
18:54
Umut Meraş 43-cü dəqiqədə hesabı 2:2 edir.
***
18:35
Bakı vaxtı ilə saat 18:00 da başlayan oyunda “Sabah” iki qol vurub. Aleksey Kaşuk 5-ci dəqiqədə fərqlənib.
“Beşiktaş” təmsilçisi Umut Meraş 24-cü dəqiqədə fərqi azalda bilib.
KONKRET.az xəbər verir ki, Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı baş hakim Tural Qurbanov idarə edir. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edir. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirir.
Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
