Beyində internet asılılığı yaradan SƏBƏBLƏRbackend

Beyində internet asılılığı yaradan SƏBƏBLƏR

Gənclərdə internet asılılığı yaradan səbəblərdən ən başlıcası beyin kimyasında yaranan dəyişikliklərdir.

KONKRET.az xəbər verir ki, bu barədə “PLOS Pathogens” jurnalında  nəşr olunan araşdırmada qeyd olunub.

Tədqiqatçılar internet asılılığı olan insanlarda beyin bölgələrinin qarşılıqlı əlaqəsini araşdırmaq üçün funksional maqnit rezonans görüntüləmədən istifadə ediblər.

Gənc yetkinlərin beynində asılılığın bir çox neyron şəbəkələrində baş verdiyi məlum olub. Belə ki, tədqiqat iştirakçıları istirahət edərkən beynin bölgələrində aktivliyin artdığını aşkar edib.

Eyni zamanda, beynin aktiv təfəkkürdə iştirak edən hissələrində – yaddaş və qərar qəbul etmək üçün cavabdeh olan icraedici idarəetmə şəbəkəsində funksional əlaqənin ümumi azalması müşahidə edilib. .

Tədqiqat nəticəsində məlum olub ki, bu dəyişikliklər yeniyetmələrdə asılılıq yaradan davranışların yaranmasına, həmçinin psixi sağlamlıq, inkişaf, intellektual qabiliyyət və fiziki koordinasiya ilə bağlı davranış dəyişikliklərinə səbəb olur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*