Beyləqan rayonunda xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Vəliyev Rahib Rafiq oğlu motosikletlə hərəkətdə olarkən arxadan gələn avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Hadisənin təfərrüatı araşdırılır.
