backend

"Beynəlxalq qiymətləndirmə missiyasının ekspertləri Qarabağa səfər edəcəklər" - BMT rəsmisi

“BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişəsonrası mərhələdə yardım BMT və Azərbaycan arasında əməkdaşlığın sahələrindən biridir.

Bununla əlaqədar olaraq, BMT, Dünya Bankı və Aİ-nin 10 ekspertdən ibarət birgə missiyası martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. Səfərin məqsədi ərazilərin bərpasında Azərbaycana necə dəstək verilməsini müəyyən etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*