ABŞ prezidenti Donald Tramp Bağdadinin ölməsi ilə bağlı verdiyi açıqlamasından sonra getdiyi beysbol oyununda etirazla qarşılanıb.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Tramp verdiyi açıqlamadan sonra hadisənin xalq tərəfindən alqışlanacağını düşünürmüş. Ancaq ortaya çıxan mənzərə çox fərqli olub.
Belə ki, Tramp Bağdadiyə qarşı gerçəkləşdirilmiş əməliyyatdan sonra xanımı Melaniya ilə birlikdə getdiyi beysbol matçında çoxsaylı insanlar tərəfindən mənfi reaksiya ilə qarşılanıb.
Trampın görüntüsü xanımı və qonaqlarla birlikdə nəhəng ekranda göstərilərkən stadionda çoxsaylı azarkeşlər tərəfindən “yuuuh”, “onu həbs edin” kimi şüarlar səsləndirilib.
Hazırladı: Firuzə ALİMOVA
