“Amazon” şirkətinin təsisçisi Jeff Bezos səhmlərini 1,74 milyard dollara satıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Qiymətli Kağızlar Komissiyasının məlumatlarına istinad edərək Forbes yayıb.
Sövdələşmələr bu il yanvarın 31-də və fevralın 3-də keçirilib.
Qeyd olunur ki, milyarder vergi ödənildikdən sonra bundan 1,3 milyard dollar gəlir əldə edəcək.
Nəşrə görə, səhm satışının səbəbləri məlum deyil.
Babək Göyüş
KONKRET.az
