“Müharibədəki biabırçı məğlubiyyətin bütün məsuliyyəti Nikol Paşinyan və “Arsax prezidenti “ Arayik Arutyunyanın üzərinə düşür”.
KONKRET.az erməni portallarına istinadla xəbər verir ki, bu barədə Hayastan Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan bazar ertəsi təşkil etdiyi mətbuat konfransında bəyan edib.
Vardanyan daha sonra deyib:
“Bu gün əldə etdiyimiz son 20 ilin səhv siyasətinin nəticəsi deyil, Levon Ter-Petrosyanın siyasi varisi Nikol Paşinyanın kobud səhvlərinin nəticəsidir. Cinayətkarları müəyyən edərkən geri qayıtmaq olmaz, vəziyyəti düzgün qiymətləndirmək və utanc verici məğlubiyyətə görə bütün məsuliyyətin Nikol Paşinyan və Arayik Arutyunyanın çiyinlərində olduğunu açıq şəkildə bildirmək lazımdır ”.
Xuraman Etibarlı
KONKRET.az
