Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərlənib.
KONKRET.az xəbər verir ki, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.
Qardaşlar dərhal xəstəxanaya çatdırılıb. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.Report.az
Ariz Həsənoğlu
KONKRET.az
