Bioloq xərçəng riskini azaldan qidaların adlarını açıqladıbackend

Bioloq xərçəng riskini azaldan qidaların adlarını açıqladı

Kərəviz, yerkökü, şüyüd və cəfəri kimi qidalar xərçəngə tutulma riskini azaltmaqla yanaşı, xəstəliyin müalicəsinə də töhfə verə bilər.

KONKRET.az xəbər verir ki, bunu bioloq-genetik, klinik psixoloq, dietoloq İrina Malçeva deyib.

“Süni intellekt qurudulmuş üzüm, yerkökü, kərəviz, yaşıl çay, portağal, brokoli, şüyüd, cəfəri kimi qidaları xərçəngin müalicəsi üçün nəzərdə tutulan bəzi dərmanlarla müqayisə edib. Məlum oldu ki, onlar müqayisəli təsir göstərə bilər. Tərkibində bir sıra fitonutrientlər olan müxtəlif tərəvəz, meyvə və giləmeyvə iltihabın səviyyəsini azalda bilər”, – deyə həkim vurğulayıb.

Bioloqun sözlərinə görə, genləri “oyadan” və xəstəliklərin inkişafına təkan verən qidalar da var. “Əvvəllər belə məhsullar, məsələn, zəhərli giləmeyvə idi. İndi biz onları yemirik, amma belə zərərli qidaları əvəzləyən fast food yeyirik. Bizim genlərimiz üçün bunlar da yad məhsullardır və bizə yad olan hər şey iltihabın səviyyəsini artıran genlərin fəaliyyətini stimullaşdırır”, – Malçeva əlavə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*