Lerik Rayon Çayrud kənd sakini Dadaş Alirzayev Fövqəladə Hallar Nazirliyi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
KONKRET.az həmin şikayəti təqdim edir.
“Fövqəlada Hallar Hazirliyi vətəndaşların talelərinə çox laqeyd münasibət bəsləyir. Belə ki, iki ay bundan əvvəl 07 mart 2020-ci ildə Lerik rayon Çayrud kəndində torpaq sürüşməsi nəticəsində kənd sakini Alirzayev Arif Mirdadaş oğlunun yaşadığı fərdi yaşayış evi torpaq uçqunu altında qalıb, tam dağılaraq yerlə bir oldu. Ailə başçısı Arif Alirzayev dağıntılar altında qalaraq dünyasını dəyişdi. Həyat yoldaşı Əliyeva Qızqayıt Mirəhməd qızı iki az yaşlı övladı ilə dağıntılar arasında sağ qala bildi.
Ölkə başçımızın sağ olsun. Aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəldilər. Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri hadisə ilə tanış olduqdan sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən Alirzayevlər ailəsi üçün yeni ev inşa ediləcəyini bildirdilər. Leriklilər və həmin ailənin üzvləri Fövqəladə Hallar Nazirliyi tərəfindən Alirzayevlər ailəsi üçün tezliklə ev tikəcəklərini gözləyirlər. Lakin hadisədən iki ay keçməsinə baxmayaraq, bu gün bizə məlum olub ki,
Fövqəladə Hallar Nazirliyi tərəfindən bu evin dağılmasını heç aktlaşdırmayıblar. Hal-hazırda ev əşyalarla və Niva markalı maşınla dağıntılar altında qalaraq yerlə bir olduqları üçün ailə üzvləri küçənin ortasında qaldılar. Qızqayıt Əliyeva iki az yaşlı uşağı ilə müvəqqəti olaraq ayrı-ayrı kənd sakinlərinin evlərində qalırlar. Ümidlərimiz ancaq cənab Prezidentimizə və birinci vitse-Prezidentimizədir. Ümidvarıq ki, onlar bizi köməksiz qoymazlar”.
