“Bir-birimizə qarşı işləyə bilmərik” – Abdullahian Azərbaycana GƏLİRbackend

"Bir-birimizə qarşı işləyə bilmərik” - Abdullahian Azərbaycana GƏLİR

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bunu İranın XİN başçısı Rusiya telekanalına verdiyi müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, səfər uyğun bir zamanda baş tutacaq.

Abdullahian, həmçinin bildirib ki, şimal qonşuları da daxil olmaqla, qonşu ölkələri diqqət mərkəzində saxlamaq İranın yeni hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan İranın yaxşı qonşularıdır. Bu səbəbdən də bir-birimizə qarşı işləyə bilmərik”, – deyə o vurğulayıb.

XİN rəhbəri Ermənistana da səfər edəcəyini sözlərinə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*