“Bir dəlinin ucbatından Yer üzündə həyat itə bilər” – Zərdüşt Əlizadədən ÖZƏL AÇIQLAMAbackend

“Bir dəlinin ucbatından Yer üzündə həyat itə bilər” – Zərdüşt Əlizadədən ÖZƏL AÇIQLAMA

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Putinin şərtlərinin qəbul edilməməsi səbəbindən baş tutmayıb. Dünən danışıqların getdiyi bir vaxtda Rusiyanın Ukraynanın şəhərlərini bombardman etməsi də, sülh istiqamətində nəticənin belə tezliklə əldə olunmayacağını sübuta yetirir. Bir çox siyasi ekspertlər danışıqlara cəhdi Putinin məğlubiyyəti kimi dəyərləndirsələr də, tamamilə əks fikir sərgiləyənlər də az deyil.

Mövzunu KONKRET.az-a şərh edən tanınmış politoloq Zərdüşt Əlizadə hesab edir ki, danışıqların başlamasını Rusiyanın məğlubiyyəti kimi təqdim etmək doğru deyil: “Hələlik Putin sərt mövqe tutub, hətta Dünya Müharibəsinin başlanması təhlükəsi mövcuddur. Yəni Rusiya Qərbi bununla hədələyir. Danışıqlar sadəcə tərəflərin bir-birinə mövqe sərgiləməsi üçün aparılır. Sonra rəhbərliyə məruzə edəcəklər və bir neçə gün ərzində danışıqların ikinci mərhələsi başlayacaq. İkinci turdan isə müəyyən nəticə gözləmək mümkündür. Ancaq o vaxta qədər hərbi cəbhədə ya Rusiyanın, ya da Ukraynanın xeyrinə ciddi dəyişikliklər baş verməlidir”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Putin nüvə silahından istifadə edə bilər: “Hadisələr sübut edir ki, adam ağlını itirib. Əgər Rusiya nüvə silahından istifadə edərsə, bu, dünyanın axırı demək olacaq. Bir dəlinin ucbatından yer üzündə həyat itə bilər. Qərb bunun qarşısını almaq üçün ya təslim olmalı, ya da Rusiyanın cavabını verməlidir. Putin Qərbi şantaj edir. Onun qarşısında ya geri çəkilməlidirlər, ya da cavab verməlidirlər. Hələlik Qərb iqtisadi sanksiyalarla kifayətlənir və Ukraynaya silahla yardım edir. Hər şey Ukraynanın müqavimət gücündən asılı olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*