Bir əsrə bərabər olan “Əsrin Müqaviləsi” – Azərbaycanı dəyişən 27 illik TARİXbackend

Bir əsrə bərabər olan “Əsrin Müqaviləsi” – Azərbaycanı dəyişən 27 illik TARİX

27 il əvvəl, yəni 1994-cü ilin 20 sentyabr tarixi Azəbaycan üçün ən əlamətdar hadisə ilə yadda qaldı.  Böyük siyasətçi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində “Əsrin Müqaviləsi” imzalandı. Beləliklə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və bu müqavilə ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bu müqavilənin imzalanması ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi və hasilatın pay bölgüsü həyata keçirildi. Bu isə öz növbəsində Azərbaycanın enerji ehtiyaclarının konsepsual əsaslarını müəyyənləşdirdi. Daha sonra isə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması imkanları araşdırıldı və bu istiqamətdə çoxtərəfli görüşlər keçirildi: “Beləliklə də Azərbaycan dünyanın neft hasil və ixrac edən dövlətləri sırasına daxil oldu. Bu hadisə çox çətin geosiyasi və geoiqtisadi problemlərlə müşahidə olunurdu. Çünki Azərbaycan Birinci Qarabağ müharibəsindən həm də iqtisadi cəhətdən çox pis çıxmışdı. Lakin Ulu Öndər Heydər Əliyevin əzmkarlığı sayəsində dünyanın aparıcı neft istehsalçıları Azərbaycana sərmayə qoymağa razılaşdılar. Bundan sonra isə neftin dünya bazarlarına çıxışı təmin olundu”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

Politoloq əlavə edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası qısa müddətdə öz nəticələrini verməyə başladı: “Ölkəyə valyuta axını reallaşdı. Bu valyutanın tənzimlənməsi və dövlət büdcəsinə transferi, eləcə də ölkəyə daxil olan küllü miqdarda valyutaya nəzarət edilməsi üçün Dövlət Neft Fondu təsis edildi. Ötən dövr ərzində neftlə yanaşı Azərbaycan həm də mühüm qaz ixracatçısına çevrildi. Əgər müstəqilliyin ilk illərində Azərbaycan öz təlabatını ödəmək üçün xarici ölkələrdən qaz alırdısa, bu gün özümüz mavi yanacağ ixrac edirik. Bu isə “Şahdəniz-2” yatağında hasil olunan qaz sayəsində mümkünə çevrilib. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Ceyhan limanından dünyanın müxtəlif dövlətləri öz neft təlabatlarını ödəyirlər. Bu da Azərbaycanın dünyanın enerji xəritəsində rolunu bir qədər də möhkəmləndirir. Məhz “Əsrin Müqaviləsi” kimi əhəmiyyətli hadisədən başlayan Azərbaycanın neft konsepsiyası, bu gün ölkənin rifahına xidmət edir. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının dayanıqlığı da təmin edilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*