Yaxın illərdə onlarla ölkənin nüvə mənbələrindən elektrik enerjisi istehsalına başlaması gözlənilir.
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Assosiasiyasının (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
“Paris iqlim sazişinin məqsədlərinə nail olmaq üçün dünyada nüvə reaktorlarının sayını iki dəfə artırmaq lazımdır. Hal-hazırda bu, təxminən 400 ədəddir”, – Qrossi deyib.
Artıq 10 ölkə qərar qəbul etmə mərhələsinə daxil olmuşdur.
Bundan əlavə qiymətləndirmə prosesində olan daha 17 ölkə var.
Qrossi qeyd edib ki, bir neçə ildən sonra 13 yeni nüvə ölkəsi olacaq.
Onun sözlərinə görə, Qana, Keniya, Mərakeş, Nigeriya, Namibiya, Filippin, Qazaxıstan və Özbəkistan potensial yeni nüvə ölkələridir.
Ariz Həsənoğlu,
KONKRET.az
