“Bir ölkəni itiririk” – G.Çarukyan siyasi qüvvələrin birləşməsi üçün çağırış etdibackend

"Bir ölkəni itiririk" - G.Çarukyan siyasi qüvvələrin birləşməsi üçün çağırış etdi

“Çiçəklənən Ermənistan” partiyasının yaradıcısı və sədri Qagik Çarukyan bu gün təcili iclas keçirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, siyasətçi ölkədəki mövcud vəziyyətin ürəkaçan olmadığını vurğulayıb. Onu  sözlərinə görə, “Xalqın üzləşdiyi problemlərin həlli yollarını tapmaq lazımdır. Əks təqdirdə ölkəmizi itirə bilərik”. Gagik Çarukyan hökumətin müxtəlif sahələrdə yürütdüyü siyasətə toxunub, iqtisadiyyatın bütün sahələrinin uğursuz olduğunu qeyd edib. O, Ermənistanın, diasporun və Qarabağ ermənilərindən ibarət bütün mümkün və sağlam qüvvələrin birləşməsinin vacibliyini vurğulayıb: “Ölkənin gələcəyi bütün sağlam siyasi qüvvələrin, ziyalıların və şəxslərin birləşib-birləşməyəcəyindən asılıdır. Biz ölkəni bu vəziyyətdən çıxarmaq üçün real planları müzakirə etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*