“Avropa ölkələri müdafiə xərclərini artırmalı, müdafiə sənayesini stimullaşdırmalı və hərbi istehsalı gücləndirməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Financial Times”-a müsahibəsində bildirib.
“Biz daha çox xərcləməliyik. Bizim çox parçalanmış müdafiə bazarımız var və bu dəyişməlidir”, deyə o vurğulayıb.
Nəşr qeyd edir ki, Aİ rəsmiləri böyük, etibarlı və səmərəli müdafiə sənayesi yaratmaq üçün Ukrayna münaqişəsi başlayandan bəri üzv dövlətlərin hərbi xərclərini artırmağa çalışırlar.
Avropanın hərbi-sənaye kompleksinin modernləşdirilməsi planı fevralda dərc edilməlidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
