“Biz hər şeyin öhdəsindən gələcəyik” – “Dinamo”nun keçmiş futbolçusubackend

"Biz hər şeyin öhdəsindən gələcəyik" - “Dinamo”nun keçmiş futbolçusu

Keçmiş yarımmüdafiəçi İnstaqram səhifəsində verdiyi video açıqlamada Ukraynanın paytaxtında qaldığını və övladlarının doğulduğu ölkəni müdafiə edəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Aleksandr Əliyev mübarizə aparmaqda qətiyyətlidir. O video-müraciətində daha sonra bunları bildirib:

“Mən dünyanı sadəcə sülhə çağırıram. Qardaşlar, ukraynalılar, dözün! Biz güclüyük, böyükük, hamısına dözəcəyik. Mən əlimdən gələni etməyə çalışacağam ki, bu ölkədə ancaq sülh olsun”.

Keçmiş “Dinamo”çu rusları Ukraynaya müharibə üçün gəlməməyə çağırıb. Çünki burada nə faşistlər, nə də neonasistlər var.

“Rusiyadan həmkarlarımızın, futbolçuların haqq səsini eşitmək istəyirəm. Bunların heç birinə inanmayın! Rusiyada göstərdikləriniz tamam cəfəngiyyatdır. Biz mülki insanlarıq, burada çox əliyalın insan həlk olur”, – deyə Əliyev deyib.

Qeyd edək ki, bundan əvvəl tanınmış ukraynalı boksçu Aleksandr Usık Kiyevin ərazi müdafiəsi sıralarına, həmkarı Vasili Lomaçenko isə Odessa vilayətində Belqorod-Dnestr ərazi müdafiəsinə qatılıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*