“Biz sizi sevirik” – Solovyov Qazaxıstandan ÜZR İSTƏDİ – VİDEObackend

"Biz sizi sevirik" - Solovyov Qazaxıstandan ÜZR İSTƏDİ - VİDEO

Solovyov Qazaxıstana qarşı hücumlara görə üzr istəməyə çalışıb.

KONKRET.az xəbər verir ki, Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində müəllif proqramının yayımlanmasından sonra yaranmış son qalmaqalı izah edib və üzr istəməyə çalışıb.

Solovyov axşam şousunun efirində Qazaxıstanı Ukraynadan sonra Rusiyanın növbəti problemi adlandıran politoloq Drobnitskinin bəyanatını şərh edib.

O, politoloqun açıqlamasının yaratdığı qalmaqala belə münasibət bildirib:

“Biz ən yaxşı rusiyalı və xarici ekspertləri efirə dəvət edirik və hər kəsin öz mövqeyi var. Cari hadisələrə hərənin öz nöqteyi-nəzəri var. Və çox vaxt bu fikirlər bir-biri ilə toqquşur. Buna plüralizm deyilir, fikir və söz azadlığı. İndi çətin dövrdür, bəzən hər kəsin emosiyaları çılğınlaşır. Çünki biz hamımız öz ölkəmiz və onun gələcəyi ilə həqiqətən maraqlanırıq, amma bir daha təkrar edirəm: vaxt asan deyil.

Amma biz Qazaxıstanı sevirik, Qazaxıstan rəhbərliyinə hörmət edirik və Rusiya-Qazaxıstan dostluğunun əhəmiyyətini yaxşı anlayırıq”, – Solovyov deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*