“Biz sonsuz məğlubiyyətlərin silinməz xəcalətini yaşayırıq” – Akopjanyan ermənilərə səsləndibackend

"Biz sonsuz məğlubiyyətlərin silinməz xəcalətini yaşayırıq" - Akopjanyan ermənilərə SƏSLƏNDİ

“Hamımıza “Artsax”ın taleyi ilə bağlı böyük ümidlər, çoxlu vədlər verdilər. O cümlədən “Artsax”ı Ermənistanın bir hissəsinə çevirmək əzmində olduqlarını nümayiş etdirdilər, lakin sonda Türkiyə-Azərbaycan tandeminin başlatdığı müharibənin qarşısını ala bilmədilər. Ermənistanın heç bir müttəfiqinin müharibəyə açıq şəkildə müdaxiləsi üçün Paşinyanın səlahiyyəti kifayət etmədi”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb.  O bildirib ki, parlamentlərin bəyanatları, müraciətləri, hətta qətnamələri də müharibəni dayandırmadı: “Azərbaycan ancaq gücü tanıyacaqdı, amma bunu heç kim nümayiş etdirməyib. Və bütün bunları yalnız Nikol Paşinyandan istəmək lazım idi. Amma heç bir nəticə ortaya qoyulmadı. Odur ki, sonda layiq olduğumuzu aldıq. Biz sonsuz məğlubiyyətlərin silinməz xəcalətini yaşadıq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edərək, “Artsax”dan açıq şəkildə imtina edib. İndi Paşinyanın biabırçı hərəkətlərindən sonra Ermənistanın müttəfiqləri bizim maraqlarımızı necə müdafiə edə bilər?! Bu suala isə cavab yoxdur”, – deyə erməni analitik vurğulayıb.

“Azərbaycanda oyunu sona qədər oynamaq qərarına gəliblər. Azərbaycan prezidenti İlham Əliyevin Laçındakı çıxışını eşitdik. O, açıq-aydın bizi ələ saldı, bundan böyük həzz aldı. Məncə, buna görə hökumətimizi və özümüzü qınamalıyıq. Əliyev Qarabağ ermənilərinin gələcəyini necə gördüyünü də bildirdi. Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın sadiq, normal vətəndaşı olmaq, qondarma qurumun saxta “dövlət atributlarını” zibil qutusuna atıb parlamenti buraxmaq lazımdır. Əslində, bu, “Artsax”dan imtina etmək təklifi idi. Digər tərəfdən, Avropa və ABŞ hər şeyə göz yumur. Diktator Vladimir Putinin razılaşdığı Azərbaycandan bunu gözləmək lazımdır. Üstəlik, İsrail də Azərbaycanı dəstəklədiyini açıq şəkildə bəyan edir. Onu da əlavə edim ki, ötən həftə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Pakistanda rəsmi səfərdə olub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ermənistana siyasi və hərbi təzyiqləri artırmaq niyyətindədir. Deməli, bizim artıq vaxtımız yoxdur. Rüsvayçılıq qədəhimizi daşdıranlardan damla-damla qurtulmaq lazımdır”, – deyə Akopjanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*