Son zamanlar AMEA-da baş verən proseslər cəmiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirə olunur. AMEA rəhbərliyi tərəfindən akademiklərə qarşı sərgilənən qeyri-adekvat münsibət, alimlərin heç bir əsas olmadan işdən kənarlaşdırılması, ümumiyyətlə idarəçiliyin düzgün həyata keçirilməməsi Ramiz Mehdiyevin istefasını gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov bildirib ki, Akademiya hər cəhətdən intellektual insanlardan ibarətdir. Onlar dünyanın ən müxtəlif hadisələrini müzakirə və təhlil edirlər. Belə olan halda Akademiyanın özündə gedən proseslərin və AMEA-nın taleyinin təhlili aparılmalıdır: “Elmimizi nə gözlədiyi, hansı perspektivlərin və məhdudiyyətlərin olduğu araşdırılmalıdır. Müzakirələrin aparılması prinsip etibarilə çox yaxşı haldır”.
Nizami Cəfərov əlavə edib ki, Ramiz Mehdiyevin AMEA prezidenti postunu tərk etməsi haqda fikirlər var: “Amma Ramiz müəllimin fikrincə o AMEA-nı normal idarə edir. Hesab edirəm ki, bir-birinə zidd olan fikirlərin müzakirəsi aparılmalı, idarəçilikdə akademiyanın işçilərini təmin etməyən məsələlər həllini tapmalıdır. Burada söhbət AMEA-nın strukturunda çalışanlardan, xüsusən də İnstitut direktorları ilə AMEA prezidenti arasındakı məsələlərdən gedir. Çünki etirazlar daha çox həmin strukturlarda çalışan işçilərdən və onlara rəhbərlik edən şəxslərdən gəlir”.
Professorun sözlərinə görə, bir vaxtlar “AMEA lazımdır ya yox” sualı qoyulurdu: “Təhlillər və müqayisələr göstərdi ki, Akademiya lazımdır. Amma necə idarə olunan Akademiya lazımdır sualı müzakirə edilməlidir. Burada həqiqət ortaya çıxmalıdır. AMEA-nın hazırkı vəziyyəti heç kimi qane edə bilməz. Akademiyada idarəçiliyin sakit həyata keçirildiyini, elmimizin ən yüksək halda təmsil olunduğunu görsək, o zaman AMEA-nın fəaliyyəti bizi qane edər. Burada ağıllı islahatlar aparmaq lazımdır. Daha genişmiqyaslı müzakirələr aparılmalı və AMEA bundan yeni bir məğlubiyyətlə çıxmamalıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az

Avropa İttifaqının 9-cu Çərçivə Proqramından xəbəri olmayan …ölkəmizdə müxtəlif layihələrin aparılmasına rəhbərlik edə bilməyən bu qurum bizə lazımdırmı …məncə ….?
İlk dəfədir ki, AMEA-da baş verənlərlə bağlı sağlam məntiqə söykənən, qərəzdən, kin-küdurətdən, nifrətdən uzaq fikirlərlə qarşılaşdım. Ramiz Mehdiyevlə bağlı yazıların, bunlara yazı demək mümkünsə, sifarişlə yazıldığı heç kimə sirr deyildi. Belə dedi-qodu özəllikli cızma-qaraları çox müxtəlif qurumlardan, onların əməkdaşlarından gözləməkdə heç bir təəccüblü məqam olacağını düşünmək də normal sayılmalı olmalıdır. Ancaq akademikliyi, professor olmaları ilə öyünənlərin bu qədər cılızlaşması həqiqətən insanı utandırır, hayal kırıklığına uğradır. Ölkənin əsas televiziya kanalından “Milli Məclisə seçkilər qədər önəmli, ölkə üçün taleyüklü bir məsələni qətiyyən xalqın öhdəsinə buraxmaq olmaz” kimi antihumanist, demokratik dəyərlərə sayğısız bir fikrin sahibinin, illərdir deputat kreslosunu işğal edən birinin başqalarına əxlaq dərsi verməyə girişməsi hansı əxlaqi dəyərlərə sığır? Çox təəssüf ki, bu uca ELM MƏBƏDİNİN sayğıdəyər üzvləri arasında belələri də var. Bir dəfə Ramiz Mehdiyev haqqında əks tərəfin nəhəng bir üzvünün fikrini indi də xatırlayıram: Ramiz Mehdiyev çox güclü Aparat işçisidir, idarəetməni gözəl bilir. Şəxsi qənaətimə görə bu gün Ramiz Mehdiyevə opponentlik edən vay-şivənçılər həmin siyasətçinin kölgəsində belə durmağa layiq olmayan insanlardır. Qəti inamıma görə bu gün Ramiz Mehdiyevi istefaya çağıranlar, arzuları gerçəkləşərsə ertəsi gün iblis çığlıqları ilə yeri-göyü inlədəcəklər.
İntelluktual yanaşmadır. Təbriklər!