“Bizə Moskvada divan üstündə oturub vətəni necə sevməyi öyrətməyin” – Meqrabyan – VİDEObackend

"Bizə Moskvada divan üstündə oturub vətəni necə sevməyi öyrətməyin" - Meqrabyan - VİDEO

“Bizə Moskvada yumşaq divanın üstündə oturub vətəni necə sevməyi öyrətməyin”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Ruben Meqrabyan deyib. Bloger Roman Bağdasaryanın efirində qonaq olan politoloq 1988-ci ildən bu yana yığılan problemlər, keçmiş və indiki rəhbərliyin fəaliyyəti, orduda olan vəziyyət və s. barədə sualları cavablandırıb. Onlar 44 günlük müharibə zamanı diasporun ordunu taladığını bildiriblər.

Meqrabyan problemlərin kökünün əsas mənbəyi kimi erməni diasporunu göstərib. O, Ermənistanda yaşamayan, vergi ödəməyən, uzaq ölkələrdən hökuməti idarə etmək istəyən, xalqı öz yalanları ilə aldadan lobbistləri günahlandırıb.

“Əgər Ermənistanda yaşamırsan, vergi ödəmirsən, hərbi vəzifən yoxdur, sənin nəyinə lazımdır hökuməti kim idarə edir, necə idarə edir, yaxşı hökumətdir, pis hökumətdir, baş nazir kimdir, düz işləyir, ya yox, sənin nəyinə lazımdır? Faydalı olmaq istəyirsən, ol, yararlı olmağı bacarırsan, ol, amma bizə mane olmayın, icazə verin problemlərimizi özümüz həll edək, kim yaxşıdır, kim pisdir, kim düzdür, kim düz deyil. Onsuz da biz bilirik ki, burada heç kim müqəddəs deyil, indiki hökumət bəzi şeylərdə düzgündür, bəzilərində yox… Biz hələ çox şeyi yoluna qoymalı, qaydasına salmalıyıq, bəzi şeyləri birdəfəlik silib atmalıyıq. Çox səhvləri düzəltmək, çox şeyi yenidən başlamalıyıq. Əgər kömək edə bilirsinizsə, edin, buyurun, yox, kömək edə bilmirsinizsə, əl çəkin bizdən, bizi sakit buraxın, özümüz həll yolunu taparıq. Sizin məsləhətinizə ehtiyacımız olsa, soruşarıq. Moskvada yumşaq divanda oturub bizə vətəni necə sevməyi öyrətmək lazım deyil”, – deyə Meqrabyan diaspoa səslənib.

Roman Baqdasaryan da erməni lobbistlərinə qəzəbini saxlaya bilməyib onlara səslənib.

“Siz bilirsinizmi ki, divanda oturub erməni ordusunu və indiki hökuməti tənqid etməklə ordunun ruh yüksəkliyini aşağı salırsınız. Rusiyada, Ukraynada, Moldovada oturub kabab çəkib, konyak içirsiniz, fikirləşirsinizmi ki, postlarda əsgərlərimiz gecə-gündüz keşik çəkir. Kömək etmək əvəzinə, hökuməti daş-qalaq edirsiniz. Açıq deyin ki, qorxursunuz, qoy hamı eşitsin, qorxduğunuzu boynunuza alın”, -deyə bloger hiddətlənib.

Sonda hər ikisi keçmiş hökumət rəhbərlərinin törətdiklərini indiki hökumətin “udmaq” məcburiyyətində qaldığını vurğulayıblar.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*