“Bizi qarşıda çətin mübarizə gözləyir” – Sarkisyandan KRİTİK AÇIQLAMAbackend

“Bizi qarşıda çətin mübarizə gözləyir” – Sarkisyandan KRİTİK AÇIQLAMA

“Qarşıda milli ləyaqət, suveren və təhlükəsiz bir həyat naminə bizi çətin, ancaq şərəfli mübarizə gözləyir”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyib:

“Erməni xalqının taleyinə biganə qalan hazırkı rejim və onun tərəfdarları çətinliklər bahasına əldə olunan nailiyyətləri qısa müddətdə puç etdilər. Ermənistanı və “Artsax”ı ciddi bir zərbə altında qoydular. Ermənistan vətəndaşları düşmən (Azərbaycan – red.) və mövcud rejim tərəfindən təhqirlərə məruz qaldı, sərhəd ərazilərə buraxılmadı.  Minlərlə gəncin həyatını itirməsi və ya  şikəst olması ilə nəticələnən 44 günlük müharibədə bacarıqsız idarəetmə nəticəsində dövlətin varlığı təhlükəyə atıldı” – deyə Sarkisyan vurğulayıb.

O əlavə edib ki, anti-milli hakimiyyət erməni dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda ciddi bir maneədir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*