“Bizim əhval-ruhiyyəmiz yubileylik deyil” – Paşinyan KTMT-dən GİLEYLƏNDİbackend

“Bizim əhval-ruhiyyəmiz yubileylik deyil” - Paşinyan KTMT-dən GİLEYLƏNDİ

“Bizim əhval-ruhiyyəmiz yubiley əhval-ruhiyyəsi deyil”.

KONKRET.az xəbər verir ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyası keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan salamlama nitqində bəyan edib ki, Ermənistanın KTMT-dəki sədrliyi bu gün başa çatır.

“Bu dövr çox gərgin keçdi. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmasının 30 illiyini və KTMT-nin 20 illiyini qeyd etdik. Yubileylərdən fərqli olaraq, bizim əhvalımız, təəssüf ki, heç bir halda yubileylik deyil. Son iki ildə KTMT-nin üzvü olan Ermənistan üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. Üzücüdür ki, Ermənistanın KTMT-yə üzv olması Azərbaycanı təcavüzkar hərəkətlərdən çəkindirmədi və daha çox o vaxtdan bəri faktiki olaraq bu günə qədər biz KTMT-nin Azərbaycanın Ermənistana qarşı təcavüzünə reaksiyası ilə bağlı qərara gələ bilməmişik”, – deyə Paşinyan gileylənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*