“Amerika Birləşmiş Ştatları Krımın Rusiyaya birləşdirilməsini tanımaq və ya Donbasla bağlı hər hansı oxşar qərar qəbul etmək niyyətində deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.
ABŞ hərbi münaqişənin qarşısını almaq üçün Krımın Rusiya Federasiyasına və ya hər hansı Ukraynanın şərqindəki digər ərazilərə birləşdirilməsinin tanınması imkanlarına icazə verirmi? sualına Blinken “Xeyr “cavabını verib. Dövlət katibi bunun müzakirə mövzusu olmadığını deyib.
