Blinken: “ABŞ Nigerdəki böhranın sülh yolu ilə həllinə sadiqdir”backend

Blinken: "ABŞ Nigerdəki böhranın sülh yolu ilə həllinə sadiqdir"

ABŞ dövlət katibi Entoni Blinken üsyançılar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı apararaq, Afrika ölkəsindəki böhranın sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o bu barədə Tvitterdə yazıb.

“Mövcud konstitusiya böhranının sülh yolu ilə həllində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, – o deyib.

Blinken həmçinin, Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıları prezidenti və ailəsini dərhal azad etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*