Blinken Almaniya, Britaniya, Fransadan olan həmkarları ilə Ukraynanı müzakirə etdibackend

Blinken Almaniya, Britaniya, Fransadan olan həmkarları ilə Ukraynanı müzakirə etdi

ABŞ dövlət katibi Antoni Blinken Almaniya, Britaniya və Fransadan olan həmkarları ilə Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiyanı müzakirə edib.

Bu barədə KONKRET.az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, diplomatların görüşü Berlində keçirilib.

“Blinken bu gün (dünən-red) Berlində Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri – Annalena Berbok və Elizabet Trass, həmçinin Fransanın siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Filip Errera ilə görüşüb”, – xəbərdə deyilir.

Diplomatların müttəfiq və tərəfdaş ölkələrin Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiyasını müzakirə etdiyi qeyd olunur. Bundan əlavə, danışıqlarda İranla müzakirələr və Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasına qarşılıqlı qayıdış üzrə razılığın əldə edilməsi səylərinə toxunulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*