“Blinkenin Paşinyanla söhbəti kifayət qədər SƏRT OLUB” – “Past”backend

"Blinkenin Paşinyanla söhbəti kifayət qədər SƏRT OLUB" - "Past"

Blinkenin Paşinyanla söhbətinin tonu kifayət qədər sərt olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken Nikol Paşinyanla telefon danışığı aparıb. Rəsmi məlumatlardan məlum olub ki, dövlət katibi bir sıra digər protokol dili ilə yanaşı, Paşinyanı sülh prosesinin təşviqi üçün konkret nəticələrin əldə edilməsi istiqamətində irəliləyişi davam etdirməyə çağırıb.

“Çoxlarını maraqlandırırdı ki, niyə belə “zəng” yalnız Ermənistan tərəfinə göndərilib? Lakin əksər ekspertlərin fikrincə, burada problem birtərəflilik deyil. Çünki telefon danışığı Paşinyanla olub və bu sözlər, təbii ki, ona ünvanlanmalı idi.

Əslində sualın daha dərin alt mətni var. O cümlədən, diplomatik mənbənin bildirdiyinə görə, Blinken geosiyasi səbəblərdən dolayı Paşinyanla kifayət qədər sərt tonda danışıb.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətlərin normallaşdırılması təklifləri ilə bağlı Ermənistanın siyasi meydanında səslənən mesajlardan ciddi narahatdır.

Fakt budur ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həlli məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar.

Odur ki, Amerika tərəfi “Vaşinqton” variantından fərqli olaraq “Rusiya variantının sonda dominant olacağından, bu da geosiyasi maraqlar və ambisiyalar ucbatından Qərbin regiondakı planlarının iflasa uğraması demək olacağından ciddi şəkildə narahatdır.

Təbii ki, Rusiyanın istənilən aktivləşməsi və təsir zonalarının bərpası və ya genişləndirilməsi, yumşaq desək, “kollektiv” Qərbin və xüsusən də ABŞ-ın narahatlığına səbəb olur”, –deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*