Ermənilərin daha bir yalanı ifşa olub.
KONKRET.az xəbər verir ki, “blokadada, ac və səfalət içində” olan separatçı ermənilərin Xankəndi restoranlarında keçirdikləri şənliklərlə bağlı maraqlı faktlar sosial şəbəkədə yer alıb.
Videonun dünən axşam və Xankəndidə çəkildiyi qeyd olunub. Görüntülərdən aydın olur ki, ermənilər nə dərəcədə “ac və dilənçi” vəziyyətdədirlər.
“Qoymaharay” ermənilərin yalançı vay-şüvəni BMT-yə qədər gedib çıxsa da, həqiqəti gizlədə bilməyəcəklər. “Səfalət içində” qeyd etdikləri şənliklərin səsi onsuz da gec-tez çıxacaq.
Xuraman Etibarlı,
KONKRET.az