İş adamı, “Tesla” və “SpaceX”in təsisçisi İlon Mask bir saat ərzində “Tesla” şirkətinin bazar kapitallaşmasının artırılması səbəbindən 2,3 milyard dollar zənginləşib.
KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” Nyu-York Fond Birjasının məlumatlarına istinadən yayıb.
Teslanın aksiyası birjanın bağlanması ərəfəsində 2,49% artaraq 580,99 dollar təşkil edib. Sonra isə faiz 12-yə qalxıb və 649 dollar olub.
Belə müsbət dinamika onun varidatını 36 mlrd. dollara qədər artırıb.
Teslanın səhmləri ötən ilin oktyabr ayından etibarən artmaqdadır. 48 yaşlı Mask Teslanın təxminən 5 faiz səhminə sahibdir. Onun “Space Exploration Technologies Corp” şirkətində səhmlərinin nəzarət paketi isə təxminən $14,6 milyarddır.
KONKRET.AZ
