Bloomberg: “NÜVƏ təhlükəsi olan Fransaya ZÜLMƏT çökəcək” – Yanvara AZ QALDIbackend

Bloomberg: "NÜVƏ təhlükəsi olan Fransaya ZÜLMƏT çökəcək" - Yanvara AZ QALDI

Avropada elektrik enerjisi çatışmazlığı riski ən çox Fransadadır. Bu problem özünü yanvarda göstərəcək.

KONKRET.az xəbər verir ki, dekabrda bu risklərin artması gözlənilir. Enerji təchizatçıları 3 gün əvvəlcədən sakinlərə qənaətli rejimə keçid müraciəti ünvanlayacaqlar.

“Bloomberg”in informasiyasına görə elektrik enerjisi çatışmazlığı Fransanın nüvə sahəsi üçün də təhlükəlidir. Çünki belə olan halda atom elektrik stansiyalarının (AES) gücü azalacaq. AES-lərin təmir və texniki xidməti ilə məşğul olan “Electricite de France SA” (EDF) şirkətinin hesabatında bildirilir ki, elektrik enerji ixracatçısı olan Fransa 2022-də bu resursu idxal etməyə məcbur olub.

Xatırladaq ki, Fransa ötən aylarda elektrik enerjisinə qənaətlə bağlı çağırış edib. Hətta insanların gecə vaxtı bina və küçə işıqlandırmasını söndürdüyü videolar yayılırdı.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*