BMT: “Hindistan əhalisinin sayına görə Çini keçəcək”backend

BMT: "Hindistan əhalisinin sayına görə Çini keçəcək"

Hindistan yaxın üç ay ərzində Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olacaq.

KONKRET.azYahoo News”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) son hesabatında göstərilir.

Məlumata görə, Hindistanın sürətlə böyüyən 1,41 milyard əhalisinin təxminən dörddə birinin yaşı 15-dən, yarısının isə 25-dən aşağı olduğu bildirilir.

Müqayisə üçün qeyd edək ki, Çinin təxminən 1,45 milyard əhalisi var, lakin yaşı 25-dən aşağı olanlar əhalinin yalnız dörddə birini təşkil edir.

Qeyd edək ki, 1950-ci ildən bəri Hindistan və Çin dünya əhalisi artımının təxminən 35%-ni təşkil edir. Lakin Çinin 1980-ci ildə tətbiq etdiyi tək uşaq siyasəti doğum nisbətini kəskin şəkildə aşağı salıb. Son illərdə qadınlara üç uşaq dünyaya gətirməyə icazə verilir, lakin orta doğum səviyyəsi hələ də 1,2-dir. Önümüzdəki illərdə Çin əhalisinin azalacağı proqnozlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*