Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.
KONKRET.az report-a istinadən xəbər verir ki, metronun “28 may” stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum – Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.
Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi yeddi saniyə fərq var.
BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-cü saniyədə yazıb.
Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.



Bunların birindən almaq lazımdır bu səlahiyyəti.Mən belə bilirəm ki,BNA-dan alınsa yaxşıdır.Ümumiyyətlə bir iş üçün 2 qrum nəyə görədir???