Boliviyanın böyük şəhərlərindən olan Koçabambada yenidən etiraz aksiyaları başlayıb.
KONKRET.AZ “RİA Novosti”yə istinadla xəbər verir ki, bu dəfə etirazçılar ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən senatın vitse-spikeri Janine Agnesə qarşı çıxıblar.
Hərbi qüvvələrin etirazçıları dağıtdığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb, onlarda odlu silah aşkarlanıb.
Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales ilk turda qalib gəlib. Lakin əvvəlki prezidentin əsas rəqibi Karlos Mesa seçkinin nəticələrini tanımayaraq nümayişlərə qərar verib.
Son anda Boliviya silahlı qüvvələri Moralesi ölkədəki sabitliyi təmin etmək üçün vəzifəsindən getməyə çağırıb və bundan sonra o, istefa verib.
Hazırda Morales ölkəni tərk edərək Meksikada məskunlaşıb.
