Boliviyanın keçmiş prezidentinə 10 il həbs cəzası verildi – SƏBƏBbackend

Boliviyanın keçmiş prezidentinə 10 il həbs cəzası verildi - SƏBƏB

Boliviyanın keçmiş prezidenti Janine Anez sələfi Evo Moralesi devirmək cəhdinə görə 10 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə 2019-20-ci illərdə hakimiyyətdə olan Aqnesi “konstitusiyaya zidd qərarlar verməkdə” təqsirli bilib. Boliviyanın eks-prezidenti özü də dəfələrlə siyasi hadisələrin qurbanı olduğunu bəyan edib.

54 yaşlı Aqnes cümə günü La Paz məhkəməsində mühakimə olunub. Məhkəmə onun həbs müddətini şəhərin qadın həbsxanasında çəkəcəyini bildirib.

Ölkənin eks-prezidenti “Mas” sosialist partiyasını təqib etdiyinə görə qınanıb. Hansı ki, bu partiya 2020-ci ildə Konqresə keçirilən seçkilərdə böyük qələbə qazanıb. Bu baxımdan Morales Argentinadan Boliviyaya qayıdıb və partiyaya rəhbərlik edib. Onun həmkarı Luis Arse isə prezident seçilib.

Xatırladaq ki, Morales ordu komandiri tərəfindən istefaya çağırıldıqdan sonra Boliviyadan qaçmışdı. Ən yüksək səviyyəli senator kimi Aqnes Moralesin gedişindən sonra müvəqqəti prezident olub. Lakin “Mas” partiyasının üzvləri onu Moralesi devirmək üçün polis və hərbçilərlə əlbir olmaqda ittiham ediblər. O, 2021-ci ilin martında saxlanılıb.

Cümə günü hökmdən sonra Aqnesin vəkili ədalət axtarmaq üçün beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*