Bolqarıstan casusluqda ittiham olunan iki rus diplomatını ölkədən QOVURbackend

Bolqarıstan casusluqda ittiham olunan iki rus diplomatını ölkədən QOVUR

Bolqarıstan Xarici İşlər Nazirliyi respublika prokurorluğu tərəfindən casusluqda ittiham olunan iki rusiyalı diplomatı persona non-qrata elan edib.

KONKRET.az -ın məlumatına görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Mitko Dimitrov çərşənbə günü, martın 2-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, adları açıqlanmayan rus diplomatlara 48 saat ərzində ölkəni tərk etmək əmri verilib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının əməkdaşları “Bolqarıstan Respublikası ərazisində onların diplomatik statusu ilə bir araya sığmayan, tənzimlənməmiş kəşfiyyat fəaliyyəti həyata keçiriblər”.

Bununla əlaqədar, Bolqarıstan Xarici İşlər Nazirliyi səfirliyin nümayəndəsinə nota təqdim edərək, onun iki rus diplomatını “arzuolunmaz şəxs” elan etməsi barədə məlumat verib.

Çərşənbə günü səhər Bolqarıstan prokurorluğu rusiyalı diplomata qarşı ölkədə kəşfiyyat məlumatlarının toplanmasına görə ittiham irəli sürüb.

“Araşdırma zamanı müəyyən edilib ki, diplomatik toxunulmazlığa malik Rusiya Federasiyası vətəndaşı Bolqarıstan Respublikası ərazisində diplomatik işlə bir araya sığmayan, nəzarətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olub”, – deyə Bolqarıstan prokurorluğunun saytında yerləşdirilən məlumatda bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*