Rusiyalı diplomatlar Bolqarıstanda casusluqda ittiham olunublarbackend

Rusiyalı diplomatlar Bolqarıstanda casusluqda ittiham olunublar

Bolqarıstanda iki Rusiya diplomatı Rusiyanın xeyrinə gizli informasiya toplamaqda ittiham ediliblər.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Prokurorluğunun Mətbuat xidməti yanvarın 24-də məlumat yayıb. Bolqarıstanın Baş prokuroru İvan Qeşev Bolqarıstanda iki rusiyalı diplomatın kəşfiyyat fəaliyyətinin sübutunu ölkə XİN-ə təqdim edib.

“Araşdırma zamanı məhkəməyədək icraatlardan biri çərçivəsində müəyyən edilib ki, 2017-ci ildən indiyədək Rusiya Federasiyasının vətəndaşı kəşfiyyat fəaliyyəti həyata keçirib. Müəyyən edilib ki, Rusiya vətəndaşı diplomat statusuna malikdir, o, Bolqarıstanda Rusiya Federasiyasının Sofiyadakı səfirliyində birinci katib kimi akkreditə olunub”, – deyə məlumatda bildirilir. Digər məhkəməyədək araşdırma göstərib ki, 2018-ci ilin oktyabrından bu günə qədər Rusiyanın digər vətəndaşı kəşfiyyat məlumatları, o cümlədən ölkənin energetika və enerji təhlükəsizliyi sahəsində dövlət və xidmət sirrini toplamışdır. “Rusiya öz qanunsuz fəaliyyətini həyata keçirmək üçün Bolqarıstan vətəndaşları ilə əlaqə yaradıb, bu sahədə informasiyaya çıxış əldə edib. Daha sonra yoxlama müəyyən edib ki, Rusiya vətəndaşı diplomatik səlahiyyətindən istifadə edir, çünki o, Sofiyada Rusiya Federasiyasının Ticarət Nümayəndəliyinin əməkdaşıdır”, – deyə Prokurorluğun mətbuat xidməti qeyd edir.

İki Rusiya vətəndaşı barəsində cinayət icraatı diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən dayandırılıb. Xatırladaq ki, bir müddət əvvəl Serbiyada Rusiya agentinin ətrafında qalmaqal yaşanıb. Şəbəkə Rusiyanın hərbi kəşfiyyatının ehtimal olunan zabiti Serbiya məmuruna pulla dolu paket ötürüb. Bu haqda video sosial şəbəkədə yayılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*