Bolqarıstanda qatar yük maşını ilə toqquşdubackend

Bolqarıstanda qatar yük maşını ilə toqquşdu

Çərşənbə axşamı Bolqarıstanın Vidin şəhəri yaxınlığında mühafizə olunmayan dəmir yolu keçidində sürətli sərnişin qatarı yük maşını ilə toqquşub. İlkin məlumata əsasən, iki maşinist və yük maşını sürücüsü həlak olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Nova” telekanalı məlumat yayıb.

Xatırladaq ki, qəza 13:30 radələrində baş verib. Nəticədə lokomotiv və vaqonların bir neçəsi relsdən çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*