Timoteuş Puxaç “Sabah”dan gedir?backend

Timoteuş Puxaç “Sabah”dan gedir?

“Sabah”ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex” klubuna qayıtmaq istədiyini açıqlayıb.

KONKRET.az qol.az-a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə “Meczyki” nəşrinə müsahibəsində danışıb.

Jurnalistin nə vaxtsa “Lex”ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Puxaç bidlirib:

“Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”.

Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.

Qeyd edək ki, Puxaç “Lex”in yetirməsidir. O, bu klubun əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin “Union”una transfer olunan müdafiəçi daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kiel” və “Plimut”da çıxış edib.

Əlavə edək ki, Timoteuş Puxaç 2025-ci ildən “Sabah”da oynayır. Onun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*