Bolqarıstanda turist avtobusu qəzaya uğradı – 17 uşaq xəstəxanaya yerləşdirildibackend

Bolqarıstanda turist avtobusu qəzaya uğradı - 17 uşaq xəstəxanaya yerləşdirildi

Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığında içərisində 10 böyük və 38 uşağın olduğu serbiyalı turistləri aparan avtobus qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “bTV” kanalı məlumat yayıb.

Şossedən çıxan avtobus yol kənarındakı xəndəyə düşüb.

Hadisədən sonra 7-17 yaş arası 17 uşaq və bir neçə şəxs hadisədən sonra yüngül xəsarətlərlə Stara Zaqora xəstəxanasına aparılıb.

Yetkin şəxslərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Avtobusda folklor festivalından qayıdan 48 nəfər iştirakçı olub.

Ölənlər barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*