Böyük Britaniya Baş naziri Boris Conson Polşanın Baş naziri ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazirliyin ofisindən verilən məlumatda deyilir.
Boris Conson Polşanın Baş naziri Mateuş Moravetski ilə görüşüb.
O, Baş nazir Moravetskiyə bildirib ki, indiki məqam Ukrayna müqaviməti üçün əsasdır və Rusiyaya qarşı sanksiyaları artırmaq və gücləndirməyə hazır olmaq lazımdır.
Boris Conson Polşanı humanitar səylərin ön cəbhəsində olduğuna görə təşəkkür edib, liderlər Aİ və Almaniyanın müdafiə və humanitar səylərə dəstəyini alqışlayıblar.
Conson səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberqlə də görüşəcək.
