Boris Conson ruslara rus dilində MÜRACİƏT ETDİ – VİDEO – ÖZƏLbackend

Boris Conson ruslara rus dilində MÜRACİƏT ETDİ - VİDEO - ÖZƏL

Böyük Britaniyanın baş naziri Boris Conson ruslara rus dilində müraciət edib.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynadakı hərbi əməliyyatla bağlı Rusiya vətəndaşlarına videomüraciətində rus dilində müraciət edib. Videonu Downing Street mətbuat xidməti yayıb.

“Mən inanmıram ki, bu, sizin adınızla müharibədir”, -deyə Conson bildirib.

Daha sonra baş nazir Ukrayna dilində bir ifadə ilə davam edib: “Çünki dünyanın azad və suveren Ukraynaya ehtiyacı var”.

Conson videomüraciətində həmçinin qeyd edib ki, davam edən hərbi əməliyyat həm Ukrayna, həm də Rusiya üçün faciədir. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin hərəkətləri “mənasız qanlı müharibə ilə üz-üzə qalan beynəlxalq ictimaiyyət tərəfindən geniş iqtisadi sanksiyalar Rusiyanın tam təcrid olunmasına” gətirib çıxarıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*