Boşanma halları artdıqca tərəflərin hüquq və vəzifələri daha çox müzakirə olunur. Xüsusilə boşanma hüququnun məhdudlaşdırılması cəmiyyətdə suallar yaradır.
Hansı hallarda kişilər boşana bilməz?
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov bildirib ki, bu norma ailə hüququnun qoruyucu mexanizmlərindən biri hesab olunur:
“Məqsəd isə qadının və yeni doğulmuş uşağın sosial və psixoloji baxımdan daha həssas olduğu mərhələdə onların müdafiəsini təmin etməkdir. Qadının hamiləliyi dövrü və uşağın bir yaşına qədər bu hüquq ər üçün məhdudlaşdırılmışdır. Bu məhdudlaşmanın səbəbi isə qadın lüzumsuz əsəbdən və stressdən uzaq olması üçün belə bir qayda tərtib olunmuşdur. Əgər nikahın pozulmasına ananın razılığı varsa, bu halda məhkəməyə müraciət etmək olar. Əks halda məhkəmə işi icraata götürmür. Lakin qadın istədiyi zaman məhkəməyə müraciət edə bilər. Boşanmaq üçün bu halda məhdudiyyət tələb edilmir”.
Məsələ ilə bağlı psixoloq Aysel Sərxanlının sözlərinə görə, hamiləlik və hamiləlikdən sonrakı dövr qadın üçün həssas zaman hesab edilir. Bu dövrdə hormonal dəyişikliklər, yuxu rejiminin pozulması, ana roluna uyğunlaşma qadınlarda emosional dalğalanma yaradır:
“Doğuşdan sonra qadınlar depressiyaya tez düşə bilərlər. Bu halda onların emosionalın dəstəyə ehtiyacl olur. Bu dönəmdə boşanma mövzüsu olarsa, qadın dərindən sarsıntı keçirə bilər”.
Mütəxəssislər qeyd edirlər ki, belə hüquqi məhdudiyyətlər ailə dəyərlərinin qorunmasına xidmət etsə də hər bir ailə fərqli olduğundan vəziyyət də konkret hallara uyğun qiymətləndirilməlidir.
