Böyrəyini təcili satmaq istəyənə 1 il həbs cəzası verildibackend

Böyrəyini təcili satmaq istəyənə 1 il həbs cəzası verildi

İstanbulda böyrəyini təcili satmaq istəyərək bu haqda elan verən şəxs 1 il həbsə məhkum edilib.

KONKRET.az xəbər verir ki, həm böyrəyini satmaq istəyən, həm də böyrəyin alıcısı məhkəmə qarşısına çıxarılıb.

Əvvəlcə məhkəmədən sonra müttəhimlərin “orqan və toxuma alveri” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Daha sonra isə təqsirləndirilən şəxslərin əməlinin cəhd mərhələsində qaldığına və məhkəmə zamanı peşmançılıq hissi keçirdiklərinə əmin olan hakim yekun qərarla onların hərəsinə 1 illik həbs cəzası verib.

Böyrəyi almaq istəyən Orhan T. özünü belə müdafiə edib: “Mən böyrək xəstəsiyəm. İndi də həftədə 3 gün dializdəyəm. Qohumlarımın böyrəkləri mənimlə uyuşmurdu. Oğlumla birlikdə işləyən digər müttəhim Emrah Z böyrəyini mənə verməyə razılaşdı. Bunun müqabilində məndən pul istəməyib. Birlikdə xəstəxanaya müraciət etdik. Böyrək transplantasiyası yox idi. Bu iş üçün Əmraha pul verməmişəm”.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*