Braziliya əfsanəsini Parisdə qarət etdilərbackend

Braziliya əfsanəsini Parisdə qarət etdilər

Braziliyanın əfsanəvi futbolçusu Ziko Parisdə qarət olunub.

KONKRET.az “Le Parisien”ə istinadla xəbər verir ki, Ziko Parisə Olimpiya Oyunlarında iştirak edən Braziliya nümayəndə heyəti ilə gəlib.

Şəhər gəzintisi zamanı taksidən düşən Zikonun diqqətini bir neçə nəfər yayındırıb. Bu zaman onun avtomobilin arxa oturacağındakı çantasını oğurlayıblar. Həmin çantada 497 min avro dəyərində qızıl-zinət əşyaları, o cümlədən “Rolex” saatı olub.

Xatırladaq ki, 71 yaşlı Ziko 1978-ci il mundialının bürünc mükafatçısıdır. Braziliya millisinin heyətində o, 71 oyun keçirib və 48 qol vurub.

Ziko Yaponiya, İraq, Qətər, Hindistanda, eləcə də Türkiyənin “Fənərbağça”, Özbəkistanın “Bunedkor”, Rusiyanın CSKA, Yunanıstanın “Olimpiakos” klublarında məşqçi kimi çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*