Kosovonun sabiq prezidenti Haşim Taçi 25 il həbs cəzasına məhkum edildibackend

Kosovonun sabiq prezidenti Haşim Taçi 25 il həbs cəzasına məhkum edildi

Kosovo üzrə Haaqa xüsusi məhkəməsi keçmiş prezident Haşim Taçini müharibə cinayətlərində təqsirli bilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Kosovo Azadlıq Ordusuna komandanlıq etdiyi dövrdə törədilən qətllər, işgəncə və qanunsuz həbslərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Haşim Taçi ilə birlikdə onun silahdaşları – Kosovo parlamentinin sabiq spikeri Kadri Veseli 18 il, Kosovo parlamentinin sabiq spikeri Yakup Krasniçi 25 il, sabiq deputat Rezep Semili 13 il azadlıqdan məhrum edilib.

Rəsmi materiallara görə, Taçi, Veseli, Krasniçi və Semili Kosovun müstəqilliyinə qarşı çıxan yüzlərlə siyasi rəqib və mülki şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*