Braziliya işıqsız qaldıbackend

Braziliya işıqsız qaldı

Avqustun 15-də səhər tezdən Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik enerjisi kəsilib.

KONKRET.az xəbər verir ki, bu haqda G1 portalı məlumat yayıb.

Braziliyanın milli elektrik şəbəkəsi operatoru hadisənin yerli vaxtla təxminən səhər saat 8:30-da qeydə alındığını bildirib. Ölkənin cənubu, cənub-şərqi ilə şimal və şimal-qərbi arasında sistemdə əlaqənin kəsilməsinə səbəb olan nasazlığın səbəbləri araşdırılır.

Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.

Hazırda ölkənin cənub, cənub-şərq və qərb ştatlarında elektrik enerjisinin verilişi bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*