Braziliya prezidenti “hindilərın təkamülü” sözlərinə görə məhkəməyə verilə bilərbackend

Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər

Braziliya Hindi Xalqları Assosiasiyası (BHXA) ölkə prezidenti Jair Bolsonarunu məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Cənubi Amerika respublikasının aborigen xalqlarının maraqlarını təmsil edən bu təşkilat, dövlət başçısının son açıqlamalarını irqçi hesab edib.

KONKRET.az xəbər verir ki, BHXA-nın liderlərindən biri Sonia Quajajara “Twitter” səhifəsində yazıb:

“Braziliya Hindi Xalqları Assosiasiyası irqçi cinayət hesab etdiyi ifadəyə görə Jair Bolsonarunu məhkəməyə verəcək. Biz bu diyarın yerli xalqı olaraq hörmət tələb edirik! Bolsonaru bir daha bizim bəşər övladı olaraq mənsubiyyətimizi inkar edərək konstitusiyanı pozub”.

Rezonans doğuran açıqlama Braziliya liderinin yanvarın 23-də, Facebook-da ənənəvi həftəlik onlayn yayımlaması zamanı istifadə edilib:

“Hindilər dəyişib, onlar təkamülləşirlər … … Hindilər getdikcə daha çox insan olmağa başlayır – bizimlə eyni. Buna görə də biz hindilərin cəmiyyətə inteqrasiyasını və öz torpaqlarına həqiqi sahib çıxmalarını təmin edəcəyik”.

Yaranan mübahisə Braziliya liderinin ölkənin yerli əhalisinin nümayəndələri ilə ilk konflikti deyil. 2019-cu ilin sentyabr ayında BMT Baş Assambleyasının 74-cü sessiyasının xarici siyasət müzakirələrini açan zaman Bolsonaru Kayapo hindilərinin lideri Roani Metuktireni Amazoniyada öz məqsədlərini həyata keçirən ‘xarici dövlətlərin vasitəsi’ adlandırıb. Siyasətçinin sözlərinə görə, bu ölkələr hindilərdən deyil, “torpaqlarda olan təbii sərvətlər və bölgənin bioloji resursları” barədə narahatdırlar.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*