Britaniya COVID-19 ilə bağlı ölüm məlumatlarını yaymayacaqbackend

Britaniya COVID-19 ilə bağlı ölüm məlumatlarını yaymayacaq

Böyük Britaniya ölkədə yeni növ koronavirus infeksiyasından ölənlərin sayı ilə bağlı gündəlik yeniləmələri dayandırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bu qərar hökumətin rəqəmlərin şişirdilə biləcəyi ilə bağlı narahatlıqla əlaqədar məlumatların hesablanması metodlarına yenidən baxılması barədə göstəriş verməsindən sonra qəbul edilib.

Agentliyin bildirdiyinə görə, alimlər Böyük Britaniya Səhiyyə Departamenti yanında İngiltərə Agentliyinin koronavirusla bağlı statistika aparmaq metodunun sanki orada durumun Birləşmiş Krallıqdakı digər regionlara nisbətən daha pis olduğu təsəvvürü yaratdığını düşünürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*