Britaniya İranlı zabitləri sanksiya siyahısından çıxardıbackend

Britaniya İranlı zabitləri sanksiya siyahısından çıxardı

Böyük Britaniya 2011-ci ildə sanksiya tətbiq etdiyi İranın 4 vətəndaşını “qara siyahı”dan çıxarıb.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa sanksiyaları saytında bildirilib.

Məlumata görə, 2011-ci ildə Britaniya İran vətəndaşları Əhməd Zərgər, Həsən Həddad, İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoşununun komandan müavini Məhəmməd Hicazi və İran Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Həsən Firuzabadiyə sanksiya tətbiq etmişdi.

Vurğulanıb ki, həmin şəxslərin adları sanksiya siyahısından çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*