Britaniyada baş nazir seçkiləri təxirə salındı – SƏBƏBbackend

 Britaniyada baş nazir seçkiləri təxirə salındı - SƏBƏB

Böyük Britaniyanın Mühafizəkarlar Partiyası baş nazir seçkiləri üçün səsvermənin başlanmasını təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın  “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hökumət Kommunikasiyaları Mərkəzi (GCHQ) hakerlərin səsverməyə təsir edə biləcəyi barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq, Mühafizəkarlar Partiyası ilkin planlarını dəyişib.

Belə ki, avqustun 1-də partiya üzvlərinə göndəriləcək bülletenlər mümkün haker hücumuna görə ayın 11-dək öz alıcılarına çatacaq.

Qeyd edək ki, Britaniya xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak baş nazir postuna namizəddirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*